28 Noyabr 2022 17:22
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avatar” elmi-fantastik filmin əsasını təşkil edən ilk ideyalar hələ 19 yaşım olanda, yəni təxminən 50 il əvvəl gördüyüm yuxudan sonra yaranıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri amerikalı rejissor Ceyms Kameron "GQ" jurnalına müsahibəsində deyib.

“Mən yuxuda fiber-optik lampalara bənzər ağacları olan meşə və yerdə parıltılı çay, bənövşəyi mamır gördüm. Xüsusi diqqət çəkməyən uçan kərtənkələ, canlı frizbilər... Bütün bunlar yuxu idi”, - Kameron etiraf edib.

“Mən çox həyəcanla oyandım, gördüklərimin eskizini cızdım. Həqiqətən indi əlimdə həmin rəsm var. O rəsm bizi 10-a yaxın məhkəmə prosesindən xilas etdi.

İstənilən uğurlu filmdən sonra ideyanın ona məxsus olduğunu iddia edən eybəcərin biri tapılacaq. Məlum oldu ki, elə adamların sayı 10, ya 11-dir. Onda mən 19 yaşımda Fullerton Kollecində oxuduğum zaman çəkdiyim rəsmi onlara göstərdim və dedim: “Bunu görürsünüz? O parlayan ağacları görürsünüz? O işıqsaçan kərtənkələni görürsünüz, bax, narıncıdır? Bənövşəyi mamırı görürsünüz? Onda hamı geri çəkildi” - deyə rejissor əlavə edib.

Qeyd edək ki, 2009-cu ildə istehsal olunmuş “Avatar” filmi 2.79 milyard dollar qazancla dünya kinosunda ən gəlirli film hesab edilir. Rejissorun “Avatar 2-Suyun yolu” filmi dekabrın 16-da ekranlara çıxacaq.

Mütəxəssislər ikinci filmi indiyə qədər çəkilmiş ekran əsərləri arasında ən mürəkkəb layihə hesab edirlər. 15 kamera ilə sualtı səhnələri çəkmək, üstəlik, hər bir aktyorun üzünü fiksasiya etmək üçün iki kameradan istifadə, sualtı məkanda çəkilişlər, həmçinin infraqırmızı diapazonlu çəkiliş rejimi ilə kompüter personajlarının real zamanda kadrlara yerləşdirilməsi çox böyük zəhmət, intellekt tələb edir.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər