2 Dekabr 2022 18:43
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gözümün nuru Vətən” sənədli silsilənin növbəti iki filminin çəkilişləri başa çatıb.

Bunu Teleqraf.com-a açıqlamasında filmin ideya müəllifi Gənc Tamaşaçılar Teatrının aktrisası, Birinci Qarabağ müharibəsinin iştirakçısı Simuzər Ağakişiyeva deyib.

O bildirib ki, hazırda filmlərin montaj prosesi gedir.

““Gözümün nuru Vətən” filmi Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin "Qəhrəmanlıq nümunəsi" layihəsi çərçivəsində hazırlanıb. Sənədli silsilə 44 günlük vətən müharibəsində qəhrəmancasına vuruşaraq göz nurunu itirən qazilərə həsr edilib. Mənə müharibədə gözünü itirən qazilərimiz haqda kitab yazılması təklif olunmuşdu. Bunu həyata keçirdik, öncə kitab üç qazi haqda yazılmalı olsa da sonradan 17 qazi haqda məlumatlar əldə etdim, hamısı ilə görüşdüm. Onlarla həmsöhbət olmaq çox çətin idi, hərəsi bir başqa aləmdir, hərəsinin öz hekəyəsi var. Depressiyada olan qazilərimiz vardı, danışmaq istəmirdilər, amma zamanla onlarla da həmsöhbət oldum. Bəzən olurdu ki, o hekayələri dinləyib kağıza necə köçürəcəyimi düşünürdüm. Mənim üçün onların danışdıqlarını qələmə almaq heç asan olmadı. Amma yaxşı ki, o kitab yazıldı. Qazilərlə görüş əsnasında belə bir sənədli filmin də çəkilməsi ideyası yarandı. Çünki film vizuallıqdı və kitabdakı materiallar həqiqətə film materialları idi. İlk film dörd qazi haqdadır, digər qazilərimizi isə növbəti silsilədə tamaşaçılara təqdim edəcəyik”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər