Kanadalı kinorejissor Ceyms Kameron britaniyalı aktrisa Keyt Uinslet haqda maraqlı açıqlama verib. O qeyd edib ki, aktrisa “Titanik” filminin çəkilişləri zamanı travma alıb.
Teleqraf.com xəbər verir ki, Kamerun bu barədə “The Independent” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, aktrisanın o zaman 22 yaşı olub.
“Düşünürəm ki, Keyt “Titanik”in istehsal miqyasından və üzərinə düşən məsuliyyətin ağırlığından dolayı bir qədər travma alıb. Buna baxmayaraq, biz “Avatar: Suyun Yolu” layihəsində əməkdaşlığı davam etdirmək qərarına gəldik. Həyatımızın və karyeramızın bu mərhələsində nə etdiyimizi görmək üçün hər ikimiz yenidən birlikdə işləmək istəyirdik. Keyt çəkiliş meydançasında çox məsuliyyətlidir"- deyə rejissor bildirib.