“65 yaş məsələsi direktorluq məsələ deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Kukla Teatrının direktoru Rəşad Əhmədzadə deyib. O bildirib ki, adam var ki, 50 yaşı var, amma səhnəyə çıxmır.
“Say etibarı ilə bizim kollektiv 100 nəfərdirsə, qanunla mən 65 yaşı keçmiş iki nəfəri ştatda saxlaya bilərəm. Yəni o da göstərdiyi fəaliyyətə görə. Üçüncü, dördüncü, beşinci adamı saxlayıramsa, gərək mən o adamın maaşını qazandığım puldan verim. Biz 65 yaşı tamam olan adamı işdən azad etmək marağında deyilik. Elmira Hüseynovanın 70 yaşı var, müəyyən müddətdir ki, biz ona qazandığımız puldan maaş ödəyirik. Çünki teatrda 65 yaşdan yuxarı Rəhman və Aslan müəllimimiz var. Yəni bizim yaradıcılıqla qaynayan bir adamı işdən azad edib yerinə kimisə götürüb, sonra “bundan aktyor olar, ya olmaz” deyə fikirləşməyə marağımız yoxdur. Yaş məsələsinə biz- direktorlar baxmırıq. Əmək məcəlləsinin qanunları var”, -direktor qeyd edib.