15 Dekabr 2022 01:58
2 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktrisa Skarlet Yohanson filmlərdə oynamalı olduğu gözəlçə rolundan yorulduğunu etiraf edib.

Teleqraf.com xəbər verir ki, aktrisa bu barədə "Variety" nəşrinə açıqlamasında deyib.

Aktrisa etiraf edib ki, karyerasının əvvəlində gözəlçə obrazına bürünməyə hazır idi. Bir müddət sonra isə bu sənətçini bezdirməyə başlayıb.

“18-19 yaşlarımda belə filmlərdə rol almışam. O zaman mən qadınlığımı, cazibədarlığımı və seksuallığımı kəşf edirdim. Deyə bilərəm ki, məni gözəlçə obrazı üçün hazırlamışdılar. Mən arzulanan qadın olmalıydım. Çox çıxılmaz vəziyyətdə idim. Bununla necə baş edəcəyimi bilmirdim", - deyə aktrisa bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər