16 Dekabr 2014 09:06
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Türk dilində serial çəkilməyə başlayıb.

Publika.az-ın məlumatına görə, Mir Tahir Məzlumi və Haşim Çavuşi kimi məşhur aktyorların rol aldığı komediya janrında "Təbrizli Tacir" adlı teleserialın çəkilişlərinə 10 gündür başlayıb.

İran Radio Televiziya Qurumu tərəfindən nəşr edilən "Cam-i Cəm" qəzetinin yaydığı məlumata görə, Şərqi Azərbaycan üçün proqram yayan Səhənd TV kanalının sifarişi ilə hazırlanan serialın çəkilişi türk dilində aparılır. Ancaq "Təbrizli Tacir" farsca altyazı ya dublyajla bütün ölkə boyu yayımlancaq.

"Təbrizli Tacir"in prodüsseri Fərzad Yəhyəvinin sözlərinə görə, 60 bölümdə hazırlanacaq serial Təbrizdən Qafqaza gedərkən yardımçısı ilə bərabər Qafqaz dağlarında qar uçqununa düşən bir Təbrizli tacirin hekayəsini anladır:


“Tacir və yardımçısı 70 il Qafqaz dağlarında uçqunun altında qalırlar. Sonra, yerdə hərarətin artması və qarların əriməsi ilə tacir Zeynal və yardımcısı Taymaz Təbrizə qayıdır. Ancaq bunca zamanın keçdiyini bilməyən iki təbrizlini fantastik macəralar gözləyir...”

Serialın çəkilişləri ancaq Təbrizdə aparılacaq. Bakı, Tiflis və hekayənin keçdiyi bəzi digər bölgələr üçün quraşdırılmış səhnələr və özəl effektlərdən istifadə ediləcək.

Prodüserin dediklərinə görə, serialın iştirakçıları Şərqi Azərbaycan vilayətinin ən istedadlı aktyorları arasından seçilib. "Baş rolu oynayan Mir Tahir Məzlumi bu vilayətdən deyil, ancaq türkcəni yaxşı bilir”, - prodüser əlavə edib.


Teleserialın rejissoru Afşin Əlizadədir. Əsas rollarda Mir Tahir Məzlumi, Haşim Çavuşi, Həmidə Müqəddəszadə, Nasir Haşimi və Babək Nəhreyn kimi təcrübəli sənətçilər çəkilir.


Müəllif:

Oxşar xəbərlər