19 Dekabr 2014 12:17
1 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çalışacam ki, həmişə təriflənən Gülyaz olum”

“Bizə bu xoşbəxtliyi bəxş edən, dəyər verən dövlətimiz başçısı cənab Prezident İlham Əliyevə, ailəsinə, xanımına can sağlığı arzulayırıq. Bu adı almaqla məsuliyyətimiz bir daha artdı”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında ötən gün xalq artisti adına layiq görülən Gülyaz Məmmədova deyib. Onun sözlərinə görə xəbəri ilk dəfə Şəkidə olanda eşidib:

“Yadımdadır ki, “əməkdar artist” adını alanda evdə divanda yatmışdım. Ustadım Nəriman Əliyevin xanımı məni yuxadan oyatdı ki, Gülyaz dur, televizoru aç, sənə ad veriblər. O vaxt çox təəccüblənmişdim. O sevinci mən ikinci dəfə yaşadım. Bu il isə yeni il çəkilişləri ilə əlaqədar Şəkidə idik. Çəkilişlə əlaqədar olaraq telefonları kənarda saxlamışdıq. Xəbəri Şəkidə ilk dəfə səhnəyə qədəm basdığımız mədəniyyət evində eşitdik. Xəbər yayılandan telefonumuza gələn zənglərin sayı-hesabı yoxdur. Bizi təbrik edən, sevincimizi bölüşən hər kəsə təşəkkür edirik. Bu adı almaq böyük məsuliyyətdir. Amma sizə bir şey deyim, mən necəyəmsə hər zaman da elə olmağı özümə tövsiyyə edirəm. Dəyişmək istəmirəm. Əksinə yaxşılığa can atıram, o mənada ki, məsuliyyətim artır. Sabah bir söz deyəndə deyəcəklər ki, xalq artistinin danışığına baxın. Demirəm ki, indiyə kimi səhvlər etmişəm, xeyr. Yenə də çalışacam ki, həmişə təriflənən Gülyaz olum. Dünən bir müəllimim deyir ki, siz kübar ailədə doğulmuş qıza bənzəyirsiniz işinizdə. Bu sözün mənə deyilməsi böyük xoşbəxtlikdir. Hər bir insanın hərəkətləri, özünü idarə etməyi canında, qanında olmalıdır”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər