20 Dekabr 2014 15:59
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

““Nabat” filminin istehsalçıları iddia etsələr ki, zalları tamaşaçı ilə dolduracaqlar, bu əbəs iddiadır. Yaxud “Xoxan” filminin rejissoru desə ki, mən hansısa festivalda uğur qazanacam, bu da gülməlidir. Heç vaxt o film festivalda nümayiş olunmayacaq. Hərəsinin öz funksiyası, öz təyinatı, hərəsinin öz tamaşaçısı var”.

Teleqraf.com xəbər verir ki, bu sözləri 2014-cü il ərzində kinematoqrafiya sahəsində görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib.

Onun sözlərinə görə, Azərbaycanda kommersiya və art-hous (müəllif filmi) filmləri paralel çəkilməlidir: “Nizami Kino Mərkəzində “Xoxan” adlı film nümayiş olunur. Deyilənə görə, uğurla da nümayiş olunur, zallar tamaşaçılarla dolu olur. Bilirik ki, Azərbaycanda kommersiya kinosu zəif vəziyyətdədir. Vaxtaşırı bu cür filmlər çəkməyə cəhdlər olub. Amma bu il iki film birdən çəkildi, təqdim olundu, bu özü hadisə olaraq çox maraqlıdır. Burada o filmlərin bədii dəyərlərindən söhbət getmir, əsas insanları film mədəniyyətinə alışdırmaq və müəlliflərdə pul qazandırmaq istəyinin olmasıdır. Təqdim etdiyimiz “Axınla aşağı” dövlətin sifarişi ilə çəkilmiş ciddi art-hous filmidir. O kommersiya filmi deyil və böyük zalları doldurmaq üçün nəzərdə tutulmayıb. Və bu çox əlamətdar haldır. Bu iki kino sahəsi: ciddi kino yəni yüksək sənət və kommersiya kinosu paralel, bir-birinin işinə qarışmaq iddiasında olmadan inkişaf etməlidirlər. Yəni “Nabat” filminin istehsalçıları iddia etsələr ki, zalları tamaşaçı ilə dolduracaqlar, bu əbəs iddiadır. Yaxud “Xoxan” filminin rejissoru desə ki, mən hansısa festivalda uğur qazanacam, bu da gülməlidir. Heç vaxt o film festivalda nümayiş olunmayacaq. Hərəsinin öz funksiyası, öz təyinatı, hərəsinin öz tamaşaçısı var. Sadəcə olaraq, bu iki sahə paralel inkişaf etməlidir ki, ümumilikdə Azərbaycan kinosu üçün xeyir gətirə bilsin. Bütün dünyada olduğu kimi bizdə də bu proses canlanır. Bilirəm ki, “Azərbaycanfilm” də kommersiya filmləri çəkmək niyyətindədir. Və bu təqdirəlayiqdir”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər