Oxşar xəbərlər
"Fransız oskarı" adlandırılan Fransanın milli kino mükafatı olan "Sezar" seksual xarakterli hərəkətlər və cinsi zorakılıqda ittiham olunan bütün şəxslərin mükafatlandırma mərasimində iştirakını qadağan edib.
Teleqraf.com "The Hollywood Reporter" nəşrinə istinadən xəbər verir ki, həmin şəxslər - aktyorlar, rejissorlar, prodüserlər və kino sənayesinin digər xadimlərinin "Sezar"a namizədliyi irəli sürülə və qalib ola bilərlər. Amma qala mərasimində iştirak edə bilməzlər. Üstəlik qalib olacaqları təqdirdə səhnədə heç kim onların adından danışa bilməyəcək.
Məqalədə qeyd olunur ki, Fransa kino sənayesi "MeToo" hərəkatının tələblərinə çox gec qoşulub.
Qeyd edək ki, bu il "Sezar" mükafatları fevralın 24-də təqdim olunacaq.