4 Yanvar 2023 21:51
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin dekabrında yalan məlumat yaymaq və anti-İran hərəkatlarını dəstəkləmək ittihamı ilə saxlanılan iranlı aktrisa Təranə Əlidusti zaminə buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “İsna” agentliyi məlumat yayıb.

Əlidusti daha çox Oskar mükafatçısı "Satıcı" (2016) filmindəki rolu ilə tanınır.

Qeyd edək ki, İranda 2022-ci il sentyabrın ortalarından əxlaq polisi tərəfindən saxlanılan və öldürülən 22 yaşlı Məhsa Əmininin ölümü fonunda kütləvi iğtişaşlar və etirazlar davam edir. Ölkə sakinləri Mahsanın ölümündə hökuməti ittiham edirdilər.


Müəllif: Pərvin Cəfərova