16 Yanvar 2023 17:18
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim münasibətin sərsərisi mənəm”

Teleqraf.com xəbər verir ki, bunu “Hürriyət”ə müsahibəsində tanınmış türk aktrisa Neslihan Atagül deyib.

O Kadirin romantik olduğunu bildirib.

“Kadirin romantik hərəkətləri çox olub. Bu barədə uzun-uzun danışa bilərəm. Amma mənə ən təsir edənini söyləyəcəm. Evliliyimizin ilk iliydi. Bir gün Kadirlə dava etdik. Evdə əlimə nə keçdisə hər şeyi qırdım. Yer şüşə qırıntılarıyla doluydu. Kadir motosiklet sürməyi çox sevir. Ona görə çox müxtəlif rəngli kaskaları var. Mən onları belə qırmışdım.

Axırda evdən çıxdım, amma Kadir arxamca gəlmədi. Çaşıb qaldım. Normalda gəlməliydi. Axı filmlərdə belə olur. Gəlmədi. Bir müddət keçdi, sonra mən qapını bərkdən döyüb “Kadir, aç qapını” deyib qışqırdım. Qonşular da mənə baxırdı. Kadir qapını açdı, evdə ayaq basmalı yer yox idi. Kadir ayaqlarımı ayaqlarının üzərinə qoyub, belimdən tutdu. Mənə görə bu, çox incə hərəkət idi”.


Müəllif: Pərvin Cəfərova