17 Yanvar 2023 23:12
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyalı aktrisa Sofi Loren rəqibi adlandırılan Cina Lollobricidanın ölümündən danışıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 88 yaşlı Loren həmkarının ölümündən təsirləndiyini və dərindən kədərləndiyini deyib.

Aktrisalar hər zaman rəqib hesab olunurdular. Onların xarici görünüşü və rolları müntəzəm olaraq müqayisə edilirdi.

2015-ci ildə “Vanity Fair” nəşrinə verdiyi müsahibədə Lollobricida deyib ki, onlar arasındakı rəqabət Lorenə karyerasına çox kömək olub. Cina isə bu qarşıdurmanı darıxdırıcı hesab edib.

Cina Lollobricida yanvarın 16-da 95 yaşında vəfat edib. Lollobricidanın dəfn mərasimi yanvarın 19-da olacaq.


Müəllif: Pərvin Cəfərova