18 Yanvar 2023 14:48
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xalq artisti, Dövlət Mükafatı laureat;, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunmuş kinorejissor Eldar Quliyevin "Azərbaycanfilm"dəki iş otağı onun doğum günü münasibətilə geniş ictimaiyyətin ziyarət məkanına çevrilib.

Bu barədə Teleqraf.com-a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

Bildirilib ki, artıq bir müddətdir Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında tanınmış kino xadimlərinin vaxtilə çalışdıqları iş otaqlarının yaradıcılıq otaqlarına çevrilməsi ilə bağlı təşəbbüs həyata keçirilir.

İndiyə qədər Rasim Ocaqov, Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Həsən Seyidbəyli və digər sənətkarların vaxtilə çalışdıqları iş otaqları əşyaları ilə birlikdə mühafizə olunaraq yaradıcılıq otağına çevrilib.

Qeyd edək ki, Eldar Quliyev “Bir cənub şəhərində”, “Babək”, “Nizami”, “Gümüşgöl əfsanəsi”, “Nə gözəldir bu dünya...”, “Girov”, “Dərvişin qeydləri” kimi 20-dən çox filmə quruluş verib.


Müəllif: Nərmin