19 Yanvar 2023 09:05
1 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəfiqə Məmmədova növbəti dəfə yanvarın 5-dən sonra yenidən seçki keçirmək istəyib, amma heç kim qatılmayıb. Bildiyim qədər özünü pis hiss edib xəstəxanaya aparılıb.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri, eyni zamanda üzvü Əli Vəliyev deyib.

O bildirib ki, ötən ilin dekabrın sonunda İttifaqda keçirilən görüşdən sonra qanunsuz yazdığı protokol Ədliyyə Nazirliyi tərəfindən geri qaytarılıb və Şəfiqə Məmmədova sədr kimi təsdiqlənməyib: "Həmin müddətdə üzvlər və katiblər eyni zamanda ittifaqın 300-ə yaxın üzvü bu seçkiyə etiraz etdi.

Nizamnaməyə görə sədr və katiblər ümumi yığıncaqda seçilir. Həmin yığıncaqda ən azı ittifaq üzvlərinin 50 faizi iştirak etməlidir.

Növbəti seçki keçirilməli, sədr, katib, idarə heyəti seçilməlidir. Birmənalı şəkildə deyirəm ki, üzvlər Şəfiqə Məmmədovanın yenidən sədr seçilməsinə imkan verməyəcəklər”.


Müəllif: Nərmin