19 Yanvar 2023 22:28
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çarli Çaplinin nəvəsi Ceyms Kameronun "Avatar" franşizasının üçüncü hissəsində cani obrazını canlandıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "Avatar: Suyun yolu" filminin prodüseri Con Landau "Screen Rant"-a müsahibəsində deyib.

Una Çaplinin personajı Varanq adlanacaq və o, Pandoranın Navi planetinin yerli xalqları arasında Od qəbiləsinin başçısını oynayır. Landau bu xarakterin aborigen qəbiləsinin digər nümayəndələrindən daha mənfi bir fiqur olacağını qeyd edib.

“Yaxşı insanlar var, pis insanlar var və eyni şey Navi üçün də keçərlidir. Amma insanlar özlərini pis hesab etmirlər. Onların pis kimi qəbul etdiyimiz varlıqlara çevrilməsinin əsas səbəbi nədir?", - deyə prodüser bildirib.


Müəllif: Nərmin