19 Yanvar 2023 17:54
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Madonna etiraf edib ki, altı uşağını böyütməyi “sənət” və ən çətin döyüş hesab edir.

Teleqraf.com xəbər verir ki, müğənni bu barədə "Vanity Fair" jurnalına müsahibəsində deyib.

“Bu gün mən ana olmağa və eyni zamanda işimi görməyə çalışıram. Kim olursan ol, uşaq sahibi olmaq, onları böyütmək sənət əsəridir. Və heç kim təlimat vermir. Sən səhvlərindən dərs almalısan”, - deyə Madonna bildirib.

Məşhurun sözlərinə görə, onun kimi bir ana ilə böyümək çətin bir işdir. Bununla yanaşı, Madonna hələ də yaxşı valideyn olmağı bilməməsindən şikayətlənib.

"Uşaq böyütməyi çətin peşə ilə müqayisə etmək olar və bu elə bir işdir ki, heç vaxt fasiləyə çıxa bilmirsən".


Müəllif: Pərvin Cəfərova