25 Yanvar 2023 00:13
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün "Baku Book Center"də Xorvatiyanın İrandakı səfiri və şair Draqo Ştambukun “Zefir” kitabının təqdimatı baş tutub.

Teleqraf.com xəbər verir ki, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç çıxışında şair Draqo Ştambuk haqqında danışıb.

Səfir Draqo Ştambukun "Zefir" kitabının Azərbaycan dilinə tərcümə edilən ilk xorvat şairi olduğunu açıqlayıb.

Şair Draqo Ştambuk isə Azərbaycana gəlməsindən məmnun olduğunu deyib.

Qeyd edək ki, tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Xəzər Televiziyasının rəhbəri Murad Dadaşov və bir çox ictimai-siyasi şəxslər iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova