5 Fevral 2023 18:14
2 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gözəl olduğuna görə insanlar sənə amansız davranırlar. Çünki onlar hər şeyi çox asanlıqla əldə etdiyini zənn edirlər”.

Teleqraf.com xəbər verir ki, bu sözləri türk aktrisa Yasemin Kay Allen Türkiyə mətbuatına müsahibəsində deyib.

O bildirib ki, ona təklif olunan eyni səpkili rollardan imtina edir. Və nəhayət arzusunda olduğu obrazı yaratmağa nail olub:

“Sevilməyə layiq olmayan, kişisini saxlamaq üçün qadınlığından istifadə edən, dikdaban ayaqqabılar və əlində detoks suyu ilə dedi-qodu edən bir qadın... O obrazları hər zaman oynayanda tamaşaçılar səni haqsız və ya pis görür, sən günah keçisinə çevrilirsən, xüsusən də əgər ssenari işlənmirsə...Niyə mənim qadınlığım material kimi istifadə olunur və ya xarakterdən çox ön plana çəkilir?

Mən bunları istəmirdim. Həyatda başqa məqsədləri, böyük amalları olan qadınları oynamaq istəyirdim. Mən bunu reallaşdırmağa çalışdım, düşünürəm ki, bacardım. Aksion filmində çəkilmək uşaqlıq arzularımdan biri idi və bunu Türkiyədə etmək böyük qürur və həzz verir. Sanki öyrəndiklərimi evə gətirmişəm kimi hiss edirəm”.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər