11 May 2014 13:58
2 330

Əməkdar artist Aybəniz Haşımova Avstriya təmsilçisi Konçita Vurstun “Eurovision-2014” mahnı müsabiqəsində iştirakına və qalibi olmasına sərt etirazını bildirib.

Teleqraf.com-un məlumatına görə, A.Haşımova Facebook-da “saqqallı qız”ı tənqid edib: “Fərid (Fərid Məmmədov – Azərbaycanın Eurovision-da ötənilki təmsilçisi – red.) Eurovision-a getmək arzusunu bildirəndə çox etirazimi bildirdim. Dedim ay oğlum, səni uduzdurdursalar mənim ürəyim dayanacaq, getmə. Dedi Aybəniz xanım, mən uduzmağa hazıram. Amma Avropa səhnəsində göstərəcəm ki, bizdə necə oğullar var. Düzdür, həm sənət gücünü, həm də simasını göstərdi. Amma Avropa da bizə göstərir ki, əsl kişi olmaq onların meyarı deyil və onlara, ümumiyyətlə, lazım deyil. Bu gün dünya insanları, xüsusilə də gəncləri əxlaqsızlaşmağa yönəldir. Bu gün Eurovision-a baxan gənc görəndə ki hansı sima qalib gəlir, təbii ki, davamçısı olmaq istəyəcək. Oğullarımızı bu bəladan qurtarmalıyıq. Böyüklərin bugünkü dövrümüzdə üzərinə çox böyük məsuliyyət düşüb. Çətin də olsa, biz buna güc gəlməliyik. Oğullarımızın əsl dəyərini onlara anlatmaq və qiymətləndirməliyik. Oğullar dünyaya oğul kimi gəlişinə sevinməlidir, peşiman olmamalıdır”.

Müğənni gənclərə müraciət edib: “Azərbaycan oğulları, amanın günüdür Konçitalara baxıb əqidənizi itirməyin, Avropanın mundar təbliğatına quban verməyin! Biz Sizə söykənmişik, Siz olmasanız biz də yoxuq. Bunu bilin!”

Kəmalə


Müəllif: