13 Fevral 2023 18:31
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər gün 4 mindən çox zəlzələ qurbanının qida ehtiyacını qarşılayırıq. Bununla yanaşı onları yorğan-döşək, paltar, uşaq bezləri, uşaq qidaları, dərmanla da təmin edirik”.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu tanınmış aktyor, “Ehtiyaclar xəritəsi” platformasının qurucularından biri Mert Fırat deyib.

O bildirib ki, ən böyük problem yanacağın olmamasıdır.

“Biz yanacaq təmin edə biləcək bir məkan yaratdıq. Yeməkxana qurmuşuq və buradan gələn yeməklərin zəlzələdən zərərçəkənlərə isti şəkildə çatmasını təmin edirik”.

Fırat "Ehtiyaclar xəritəsi” platformasının strukturu barədə bunları deyib:

“Bizim platforma dəstəyi və ehtiyacı olanları bir araya gətirən, hər kəsin könüllü olduğu və 12-dən çox qeyri-hökumət təşkilatının fəaliyyət göstərdiyi birlikdir. Burada hər gün 300-ə qədər könüllü dostumuz zəlzələdən zərərçəkənlərə xidmət göstərir. İndiyə qədər 80-ə yaxın yük maşını boşaldılıb. Gələn yardım qutuları könüllülər tərəfindən bir-bir açılır, yemək, geyim və dərman bölmələrinə yerləşdirilir. Biz çatdırılmanı da həyata keçiririk. İstanbul, Hatay, Kahramanmaraş və Adıyamanda koordinasiya mərkəzlərimiz var.

Zərərçəkənlərə dəstək göstərmək istəyən şəxslər “Online İmece” sistemi ilə bizə müraciət edirlər. Onlar hansı formada dəstək göstərə biləcəklərini deyirlər. Biz həmin insanla o dəstəyə ehtiyacı olan şəxsi bir araya gətiririk. Bununla da yardımların düzgün paylanmasını təmin edirik”- deyə aktyor bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər