Tanınmış aktrisa Ebru Özkan "Bihter" filminə çəkilməkdən imtina edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmdə Özkan "Matmazel" obrazını canlandırmalı idi. Aktrisanın bu addımı atmasına səbəb gərgin iş qrafiki olub.
Qeyd edək ki, film 1900-cü illərin məşhur serialı "Aşk-ı Memnu"nun hekayəsi əsasında lentə alınacaq. Baş rolu aktrisa Farah Zeynep Abdullah canlandıracaq.