10 Mart 2023 18:26
2 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rüstəmi əvəz edə bilmirik. Elə adam var evdən gedir, elə adam var eldən gedir. Onun yoxluğu ölkə üçün çox böyük itkidir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev deyib.

O bildirib ki, Rüstəm İbrahimbəyov öz sənəti, savadı, intellekti, bacarığı ilə Azərbaycanı dünyada vəsf edirdi: "Mən onunla bir çox ölkələrdə səfərdə olmuşam, böyük ustadların ona necə hörmətlə yanaşdığını, fikirləri ilə hesablaşdığının şahidiydim. Hamı onun istedadına heyran idi. Mən Azərbaycanın belə bir oğlu olmasıyla qürur duyurdum.

Yeganə təsəlli odur ki, Rüstəm İbrahimbəyov qəlblərdə hələ çox yaşayacaq. Onun əsərləri, pyesləri, ssenariləri, filmləri var, bu o deməkdir ki, o, tamaşaçıların qəlbində həyatını davam etdirəcək. Rüstəm məktəbi Azərbaycan kinosunda xidmət etmək istəyənlərə hələ uzun illər vəsiqə olacaq. Onun bildiklərindən, yazdıqlarından çox istifadə olunacaq".


Müəllif: Nərmin Muradova