13 Mart 2023 08:09
1 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qilyermo del Toronun Pinokkiosu" (2022) filmi “Ən yaxşı cizgi filmi” nominasiyasında "Oskar" mükafatını qazanıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə 95-ci Amerika Kino Sənətləri və Elmləri Akademiyasının mükafatlandırma mərasimində bildirilib.

İtalyan yazıçı Karlo Kollodinin "Pinokkionun sərgüzəştləri" nağılı əsasında çəkilmiş cizgi filmində əsl oğlana çevrilən taxta kukladan bəhs edilir.

Bundan əvvəl "Oskar" mükafatlı Qilyermo del Toronun rejissorluğu ilə çəkilmiş cizgi filmi “Qızıl Qlobus” mükafatına layiq görülüb.


Müəllif: Teleqraf.com