“1995-ci ildən dublyajla məşğul olan bir aktyoru - Elman Rəfiyev bu sahədən uzaqlaşdı. Dublyaja verilən qiymət məni küsdürdü”.
Bunu Teleqraf.com-a açıqlamasında Əməkdar artist Elman Rəfiyev deyib.
O bildirib ki, dublyaj sahəsində aktyor əməyi çox ucuz dəyərləndirilir.
“Mən dublyajı həddən artıq çox sevirəm. Uzun illərdir bu sahədə böyük sevgi və zövqlə çalışmışam. Xüsusilə cizgi filmlərini dublyaj etməyi çox sevirəm. 10-15 fərqli səsin sahibiyəm. Amma məni küsdürdülər. Ona görə də bu sahədən uzaqlaşdım, dedim aktyora verilən qiymətiniz qalxsa qayıdacam”.