12 May 2014 11:14
1 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Türkiyəyə səfər edib.

O, səfər çərcivəsində Türk Dünyası Yazıçılar Məclisinin növbəti toplantısında iştirak edib. Tədbirin ilk günündə məclis üzvlərini Türkiyənin baş naziri Receb Tayip Erdoğan qəbul edib. Qəbul zamanı yazıçılar ortaq türk dili mövzusunu müzakirə ediblər. Sonda Receb Tayip Erdoğan məclis iştirakçılarına müxtəlif hədiyyələr təqdim edib.

Qeyd edək ki, Türk Dünyası Yazıçılar Məclisində Azərbaycan nümayəndə heyətinin tərkibində Xalq yazıçısı Anarla yanaşı millət vəkili Aqil Abbas və yazıçı İradə Tuncay da iştirak edib.


Müəllif: