12 May 2014 11:29
2 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli aktyor Rober Osseyn Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, əfsanəvi sənətkarla şəklini, tanınmış model Natella Kərimova özünün Facebook profilində paylaşıb.

R.Osseynin kinoda yaratdığı ən parlaq rollardan biri Ann və Serj Qolonun romanı əsasında lentə alınmış “Anjelikanın sərgüjəştləri” haqqında filmlərdə qraf Jofrey de Peyrak obrazıdır.

Aktyor N.Kərimova ilə söhbətində azərbaycanlı olması, həmçinin atası haqqında danışıb. Aktyor Bakıya vurğun olduğunu deyib. O, Azərbaycanın paytaxtını dünyada ən gözəl şəhərlərindən biri hesab etidyini deyib. O, həmçinin Azərbaycan lavaşının dadına doymadığını dilə gətirib.

Qeyd edək ki, Rober Osseynin atası - azərbaycanlı Andre Osseyn (Aminulla Hüseynov) - skripkaçı və bəstəkar Səmərqənddə doğulub. Əfsanəvi artist özü isə Fransanın paytaxtında dünyaya göz açıb.
Rober Osseyn Fransanın teatr və kino aktyoru, prodüser və “Marini” teatrının rəhbəridir.

Aytən Həsənova


Müəllif: