10 Aprel 2023 14:15
1 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azər Paşa həm dostum, həm də qrup yoldaşım idi. 58 ildir ki, çox mehriban dostluq edirdik. Teatrda gözəl tamaşalar hazırlayıb. Onu başqa ölkələrdə də tanıyırdılar. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov məktəbinin layiqli davamçılarından biri idi. Çox aktiv işləyirdi".

Bu sözləri Teleqraf.com-a xalq artisti Rasim Balayev mərhum Azər Paşa Nemətovdan danışarkən deyib.

"Onunla sonuncu dəfə martın 10-da danışmışıq. Məni teatra dəvət elədi və "Sənətkar" medalı təqdim elədi. Sonra söhbət elədik. Bizi avtomobilə qədər yola saldı. Tez-tez telefon vasitəsiylə əlaqə saxlayırdıq. Onun da, mənim də ayağımada problem vardı. Deyirdi ki, bir yerdə klinakaya gedək, eyni palatada müalicə olunaq. Belə söhbətlər edirdik. Səhhətindəki problem ayağında və belində idi. Amma qəfil ölümü bizi çox təəccübləndirdi. Azərbaycan teatrı, sənəti üçün böyük itkidir. Allah rəhmət etsin".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi də Azər Paşa Nemətovdan danışıb: "Azər Paşa yaxın dostum idi. 20 il idi ki, bir yerdə çalışırdıq. Hər tamaşanı hazırlayanda mənə zəng edib deyirdi ki, gəl, musiqi sənlikdir. Azər Paşa ilə çox tamaşalarda işbirliyimiz oldu. Teatrda çox böyük yeniliklər etdi. Azərbaycan mədəniyyətinə böyük töhfələr verdi. Onu teatrın generalı hesab edirəm".

O, mərhumun səhhətinə də toxunub: "Səhhətindən bir az narahat idi. Müəyyən problemləri var idi. İndi rahatdır".

Xalq artisti Hacı İsmayılov Azər Paşa Nemətovdan danışarkən deyib: "Tək dostum deyildi, mənə doğma adam idi. Azərbaycan mədəniyyətini, Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi idi. Gözəl tamaşalarıyla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yeni səvviyəyə çatdırmış bir şəxsiyyət idi. 30 il onun Teatr Xadimləri İttifaqında müavini olmuşam. Daha görkəmli sənətkar kimi daha yaxından tanıdım. Yaş fərqimiz az olsa da o, mənə həmişə böyüklük edirdi. Onun teatra, sənət adamlarına münasibəti fərqli idi. Çox maraqlı söhbətlər edərdi. Həmişə zalın müxtəlif yerlərdində durub tamaşaya baxardı. Onurğa əməliyyatı keçirmişdi, ondan sonra bir az əsəbləri korlanmışdı. Özünü çox narahat hiss edirdi. Axırıncı dəfə "Ölülər" tamaşasını oynadıq, lojaya işıq saldılar o, yox idi... Çox ağır itkidir. Ölüm səbəbini bilmirəm. Evdə rəhmətə gedib. Özünü narahat hiss etdiyini sürücüsünə deyib. O da görüb ki, Azər Paşa yerə yıxılıb, başı əzilib".

Belə sənətkarkar dünyaya az-az gəlir. Azər Paşa da dünyaya gəldi, özünü təsdiqlədi və bizi tərk etdi".

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Valeh Kərimov Azər Paşa Nemətovdan danışarkən deyib: "Ötən gün Azər Paşa tamaşaya baxıb. Dünən də "Ölülər" tamaşası var idi və teatra gəlməli idi. Mənə dedilər ki, Azər Paşa qəflətən vəfat edib, inana bilmədim. Səhhətində problem vardı, ağrıyırdı, amma xəstə yatmırdı. Ayaqları ağrayırdı. Hətta bir müddət əsa ilə gəzib. Amma son zamanlar yaxşılaşmışdı. Lakin birdən-birə belə oldu. Allah rəhmət etsin".

Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər