74 yaşlı fransız aktyor Jerar Depardye cinsi təcavüzdə ittiham olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Mediapart” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, 13 qadın sənətçi 2004-2022-ci illər ərzində baş verən təcavüz və zorlama epizodlarından danışıb. Hadisələr Depardyenin üzərində işlədiyi on bir filmin çəkilişlərində baş verib.
İddia olunur ki, üç aktrisa şikayət eləmədən məhkəmədə ifadə verib. Digər sənətçilər anonim danışmağı və ya özləri üçün təxəllüs götürməyi üstün tutublar. Zərər çəkdiyini iddia edənlərdən biri cinsi təcavüzün çəkiliş qrupunun gözü qarşısında baş verdiyini qeyd edib.
Sənətçinin vəkilləri də öz növbəsində təqib və zorlama iddialarını yalan adlandırıblar: “O cinayət qanunvericiliyinə aid oluna biləcək bütün ittihamları rəsmən rədd edir”.
Məlumat üçün bildirək ki, 2021-ci ildə fransız aktrisa Şarlotta Arnold Jerar Depardyeni zorlamada ittiham edib. Aktyor isə öz növbəsində ittihamı təkzib edib.
2022-ci ilin martında Paris məhkəməsi ciddi sübutların olması səbəbindən işin bağlanmayacağını bildirib. İstintaq hələ də davam edir.