“Bəzi çaqqal səsləri gəlir dramadan. Çaqqalın işi ulamaqdır. Unutmayın!”
Teleqraf.com xəbər verir ki, bunu Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Füzuli Hüseynov sosial şəbəkədə yazıb.
Böyük marağa səbəb olan status “Azdrama”da qarşıdurmaların yenə alovlandığını ağıllara gətirib.
Füzuli Hüseynova teatrın aktyoru Elçin Əfəndi “Çaqqalların səsinin kəsilməsi, canavarların başının qaldırmasına qədərdir”, tanınmış rejissor Vaqif Azəryar “Hə, əzizim, ancaq təəssüflər olsun ki, orda çaqqallar çoxdan yuva qurub...” rəyləri ilə qarşılıq verib.
Qeyd edək ki, Xalq artisti Azər Paşa Nemətovun vəfatından sonra Akademik Milli Dram Teatrı direktorsuz qalıb.