Azərbaycan Teatr Xadimləri İttifaqının növbəti konfransı 2024-cü ilin oktyabr ayında keçiriləcək.
Teleqraf.com-a açıqlamasında İttifaqın məsul katibi Aida Qafarova bu barədə məlumat verib.
O bildirib ki, ittifaqın nizamnamə üzrə bütün fəaliyyəti konfransda tənzimlənir: "Sədrin seçilməsi, müavinlərin təyin olunması da bura daxildir. Ona görə də biz konfransı gözləyirik. İttifaqın sədrliyinə namizəd konfransın gedişində açıqlanır. Sədr üzvlərin səsverməsi ilə seçilir. Konfransa qədər sədr vəzifəsinin səlahiyyətləri İdarə heyətinin yekdil qərarı ilə Hacı İsmayılova həvalə olunub”.
Qeyd edək ki, Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri Azərpaşa Nemətov bu il dekabrın 9-da vəfat edib.