"Kino Agentliyinin yaranması kinomuzun inkişafına böyük dəstək olacaq, Avroimaj kimi bir sıra beynəlxalq platformalara qoşulmaq şansı verəcək".
Teleqraf.com xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş kino forumunda deyib.
Nazirin sözlərinə görə, kinomuz intibah dövrünə qədəm qoyur: "Amma təbii ki, kinomuzun üzləşdiyi, inkişafının qarşını alan problemlər var. Bu forumda aparılan müzakirələrdə o problemlərə toxunulacaq. Forum həmin problemləri araşdıracaq, gələcək illərdə inkişafın təmin edilməsində əvəzsiz rol oynayacaq. Ümid edirəm ki, iki günlük kino forumu vacib müzakirələrlə yadda qalacaq.
Mədəniyyətimizin inkişaf strategiyasının hazırlanmasında bundan əvvəl keçirilən teatr forumu, bu gün işə başlayan kino forumu və bundan sonra keçiriləcək forumların böyük əhəmiyyəti olacaq. Həmin sənədi sizlərlə birgə addım-addım hazırlayacağıq".