"Filmlər çəkilir, festivallara çıxır. Amma biz hələ də müəllif-tamaşaçı ünsiyyətini qura bilməmişik".
Teleqraf.com xəbər verir ki, bu fikirləri əməkdar incəsənət xadimi, operator Rafiq Quliyev “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumunun "İdeologiya. Milli kino - dünən, bu gün və sabah" panelində deyib.
O bildirib ki, müəllif-tamaşaçı münasibəti qura bilmədiyimizə görə kinonun pul dövriyyəsi pozulub: "Deməli, biz istehlak haqda da fikirləşməliyik. Tamaşaçı ilə ünsiyyəti qura bilsək, kino industriyasının inkişafından danışa biləcəyik".