"Bu gün Azərbaycanda festivallara görə müəllif kinosu adına xələl gətirirlər, festivalın mövzusuna görə filmlər çəkilir, bu, yolverilməzdir. Film ürəklə, vətəndaş mövqeyi ilə çəkilməlidir".
Teleqraf.com xəbər verir ki, bunu Film Fondunun direktoru Cəmil Quliyev "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı paneldə çıxışı zamanı deyib.
O qeyd edib ki, filmlərdə mövzu seçimi aktual məsələdir: "Biz müəllif kinosunu inkişaf etdirməliyik. Bu olmasa, nə kinomuz inkişaf edəcək, nə də kino tariximizi yaza biləcəyik".
O qeyd edib ki, gənclərə dəstək vermək lazımdır: "Onlar üçün meydança olmalıdır. Müəllif kinosu gənclərin çəkdiyi ilk filmlərdən başlayır. Rasim Balayevin sözünə qüvvət, "Debüt" studiyası canlanmalıdır. Onunla yanaşı digər studiyalar da Cəmilıolmalıdır".
Qeyd edək ki, bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumu işə başlayıb. Forum iki gün davam edəcək.