"Atabəylər" serialının üç seriyası yazılıb. Həmin serialın nümayəndələri də burda əyləşib. Nə qədər ki, idarəçilik, kinonu idarə edən sistem bu ssenariləri görmək istəmir və ya o müəlliflərlə işləmir, bu kimi layihələrin taleyi naməlum qalacaq".
Teleqraf.com xəbər verir ki, bunu serialın ssenari qrupunun rəhbəri, əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda deyib.
"Vətənpərvərlik bizim qanımızdadır, burda iştirak edənlərin hamısı bu barədə düşünür və yeri gələndə vətənpərvərlik nümayiş etdirir. Heç bir sənətkara sifariş vermək mümkün deyil. Sadəcə hadisə elə ideoloji kontektdə baş verməlidir ki, onlar özləri vətənpərvərlikdən, şanlı qələbəmizdən yazsınlar"-deyə Orxan Fikrətoğlu bildirib.
Qeyd edək ki, bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumu işə başlayıb. Forum iki gün davam edəcək.