21 Aprel 2023 13:33
1 797
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda təhlükəsiz sertifikatı olan dublyaj studiyası yoxdur".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu çərçivəsində "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" panelində "Cinemaplus" kinoteatrlar şəbəkəsinin direktoru Zaur Darabzadə filmlərin xarici dildə yayımı ilə bağlı verilən suala cavab olaraq deyib.

Onun fikrincə, belə studiyaların olması bu problemi aradan qaldıracaq.

"Biz də kinoteatrlarımızda nümayiş etdirdiyimiz filmləri Azərbaycan dilində dublyajla yayımlamaqda maraqlıyıq. Amma təəssüf ki, təhlükəsizlik sertifikatı olan dublyaj studiyamız yoxdur".

Qeyd edək ki, Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumunu keçirilir. Forum bu gün başa çatacaq.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər