12 May 2014 12:49
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İki minə yaxın yeni abidə aşkarlanıb”


“Azərbaycanda tarixi abidələrin durumu nazirliyi qane etmir”. Teleqraf.com-un xəbərinə görə, bunu Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, yeddi mindən çox abidə dövlət tərəfindən mühafizə olunan irs siyahısına daxil edilib. Yeni aşkarlanan abidələr barədə məlumat verən nazir müavini onların təmiri məsələsinə də aydınlıq gətirib:

“Yeni aşkarlanan abidələrin təxmini sayı iki minə yaxınlaşır. Bu qədər abidəni qısa zamanda təmir etmək, qorumaq dövlət üçün çətin prosesdir. Amma bununla bərabər Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tarixi abidələrin, qoruqların inkişafı ilə bağlı 2014-2020 –ci illəri əhatə edən Dövlət Proqramı” təsdiq olunub. O proqramda bütün abidələrin siyahısı, yerlərdə bölgülərin aparılması, kim tərəfindən təmir edilməsi kimi faktlar əksini tapıb”. V.Əliyev bildirib ki, yerli əhəmiyyətli abidələrin özəlləşdirilməsi nəzərdə tutulur. Bu siyahıya evlər, ofislər və s. daxildir: “ Həmin abidələrlə bağlı müqavilədə bir neçə şərt əksini tapacaq. Belə ki, müqavilələr abidələrin qorunması, saxlanması, gələcəkdə tarixi əhəmiyyətini itirməmək şərtilə bağlanacaq”.

Nərmin


Müəllif: