3 Yanvar 2015 20:20
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı-dramaturq Elçin Hüseynbəylinin hekayələri Litva Azərbaycanlıları Cəmiyyətinin dəstəyi ilə Vilnüsdə çap edilib. APA-nın məlumatına görə, yazıçının “Oyun”, “İlk öpüş” və “Qumru quşu” adlı hekayələri Litva Yazıçılar Birliyinin “Ədəbiyyat və İncəsənət” və “Şimal Afinası“ nəşrlərində işıq üzü görüb.

Hekayələri Litva dilinə Halina Kobetskayte və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərcümə ediblər.

Qeyd edək ki, bundan əvvəl E. Hüseynbəylinin “Nənəm, babam və kommunizm”, “Sular günəşə nəğmə oxuyanda”, “Məzar gəlini” və “Gözünə gün düşür” hekayələri Litvada nəşr olunmuşdu.


Müəllif:

Oxşar xəbərlər