14 May 2023 09:13
3 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Filumena Marturano" tamaşasında Ramiz Novruzun ifa etdiyi obrazı bundan sonra əməkdar artist Sabir Məmmədov canlandıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Akademik Milli Dram Teatrı yayıb.

Sabir Məmmədovun çıxışında tamaşa artıq tamaşaçılara təqdim olunub:

"Xalq artisti Ramiz Novruzun unudulmaz xatirəsini hörmət və ehtiramla yad edirik. Tamaşanın premyerası məhz Ramiz Novruzun iştirakı ilə olmuşdu. Sənətkarımızın ruhu şad olsun!

İndi isə Domeniko Soriano rolunu xalq artisti Sabir Məmmədov oynadı. Qısa müddətdə gözəl bir iş ərsəyə gəldi. Ramiz müəllimin işıqlı xatirəsinə layiq bir tamaşaya baxdıq.

Xalq artisti Ramiz Novruzun unudulmaz xatirəsini hörmət və ehtiramla yad edirik. Bu tamaşanın premyerası məhz Ramiz Novruzun iştirakı ilə olmuşdu. Sənətkarımızın ruhu şad olsun!
İndi isə Domeniko Soriano rolunu xalq artisti Sabir Məmmədov oynadı. Qısa müddətdə gözəl bir iş ərsəyə gəldi. Ramiz müəllimin işıqlı xatirəsinə layiq bir tamaşaya baxdıq.
Filumena Marturano - xalq artisti Bəsti Cəfərova bizi güldürdü, düşündürdü və kədərləndirdi. Qadın məhəbbəti hər şeyə qalib gəlir".
Qeyd edək ki, dünya şöhrətli sənətkar Eduardo de Filipponun məşhur əsəri əməkdar artist Nicat Kazımovun quruluşunda təqdim olunur.


Müəllif: Nərmin