Liverpulda keçirilən "Avroviziya 2023” Mahnı Müsabiqəsinin qalibi 583 xalla İsveç təmsilçisi Lorin oldu.
Teleqraf.com xəbər verir ki, mərakeş əsilli isveç müğənnisi 2012-ci ildə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsində də iştirak etmiş "Euphoria" adlı mahnı ilə 372 balla müsabiqənin qalibi olmuşdu.
Musiqi ilə yanaşı müğənni eyni zamanda insan hüquqlarının qorunması sahəsində siyasi fəaliyyət göstərir. Səyahət etdiyi müxtəlif ölkələrdə Lorin ölkənin siyasi məhbusları, insan haqları fəalları ilə görüşlər keçirir.
Bu il Lorin müsabiqəyə "Tatoo" mahnısı ilə qatılıb. Mahnı və çıxışı həm tamaşaçılar, həm də münsiflər tərəfindən yüksək qiymətləndirilən Lorin müsabiqənin ev sahibliyini yenidən İsveçə aparmağı bacarıb.