19 May 2023 13:34
2 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 20-si Yazıçılar Birliyində (Bakı, Xaqani küçəsi) publisist, yazıçı Vahid Qazinin yenicə nəşr olunmuş “Ruhlar şəhəri: yurd yazıları” kitabı təqdim olunacaq. Mərasim gündüz saat 12-də başlayır.

Teleqraf.com-a açıqlama verən Vahid Qazi deyib ki, kitaba 2010-cu ildə çıxmış “Ruhlar şəhəri” kitabındakı Ağdam yazıları və həmin silsilənin davamı sayıla biləcək esse, məqalə, qeydlər, başqa müəlliflərin yazı, məktub və rəyləri daxildir.

1968-ci ildə Ağdam şəhərində doğulan Vahid Qazi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

“Ədalət” qəzetinin müxbiri, “Azərbaycan” qəzetinin xüsusi müxbiri olub, Prezident Aparatında dövlət müşavirinin böyük inspektoru vəzifəsində işləyib.

Müsavat Partiyasının mətbuat xidmətində çalışıb, “İnam” Plüralizm Mərkəzinə sədrlik, “III Sektor”, “Svobodnaya volya”, “Toplum” jurnallarına redaktorluq eləyib.

2012-ci ildən İsveçdə yaşayan Vahid Qazi publisistika ilə yanaşı ədəbi yaradıcılıqla da məşğuldur, bir neçə kitabın müəllifidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər