6 Yanvar 2015 11:07
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Açıq qapıdan faydalananlar kimlərdir?

Bakıda fəaliyyət göstərən əksər muzeylər: Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarix Muzeyi, Şirvanşahlar Sarayı Kompleksi, Azərbaycan Xalça Muzeyi və Qız Qalası tarixi abidəsi qış tətili günlərində qapılarını hər kəsin üzünə açmışdı. BP şirkətinin sponsorluğu ilə baş tutan açıq qapı günləri 10 gün, yəni dekabrın 27-dən yanvarın 5-dək davam etdi. Sərbəst giriş kampaniyası çərçivəsində məktəblilər, tələbələr, ümumiyyətlə, Bakı şəhərinin sakinləri və qonaqları muzeylərə axın etdi. Vəziyyətlə maraqlanmaq və faydalananların daha çox hansı kütləni əhatə etməsini öyrənmək üçün muzeylərlə əlaqə saxladıq.

Tarix Muzeyinin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin əməkdaşı Nüşabə Əsədova bizimlə söhbətində bildirdi ki, sözügedən kampaniya ilk dəfə deyil ki, muzeydə təşkil olunur: “Vaxtaşırı belə sərbəst giriş günləri keçirilir. Yəni bu, ilk deyil. Müxtəlif təbəqənin nümayəndələri muzeyə gəlib, tarixi eksponatlarla yaxından tanış olurlar. Bunların içərisində BP-nin təşkilatçılığı ilə gələn xarici qonaqlar da olur”. O bildirib ki, açıq qapı yanvar ayının 5-i də daxil olmaqla izləyicilərin ixtiyarına verilib: “Ona görə konkret nə qədər insanın bu kampaniyadan yararlandığını demək çətindir, çünki bu gün də muzeyə gələnlər var. Hər zaman olduğu kimi bu dəfə də kampaniya çərçivəsində muzeyə gələnlərin sayı minlərlə olub. Biz kampaniya başlamadan öncə öz saytımızda bu barədə məlumat vermişdik. Eləcə də BP şirkəti özü də bu barədə informasiyalar yaymışdı. Belə kampaniyalar çox lazımlıdır, bundan adi vaxtlarda imkanı çatmadığına görə muzeyə gələ bilməyən insanlar, tələbələr, məktəblilər yararlanır”.

Şirvanşahlar Sarayı Kompleksinindən qəzetimizə verilən məlumata görə, kompleksin muzey şöbəsi bayram günlərində tam gücü ilə işləyib, tamaşaçıların ixtiyarında olub. Bildirilib ki, bu kampaniyadan çoxsaylı insanlar faydalana biliblər.

Nərmin


Müəllif:

Oxşar xəbərlər