9 İyun 2023 15:01
1 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində “MədəniyyətimİZ” layihəsinin növbəti görüşü xalq rəssamı, əməkdar heykəltaraş Ömər Eldarovla həyata keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq görüşdə “Ümummilli Lider Heydər Əliyev və milli heykəltəraşlıq, rəsm sənəti” və “Heykəltəraşlıq və rəsm sənətində müasir dövrə baxış: təhlil və nəticə” istiqamətlərində panel müzakirələr baş tutacaq.

Tədbirin bədii hissəsində musiqili təqdimat, müxtəlif solo piano və vokal ifalar səsləndiriləcək.

Qeyd edək ki, həyata keçirilən “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, qeyd olunmuş istiqamətlər üzrə mövcud problemlərin həlli və yaradıcı ideya bankının formalaşdırılmasıdır.

Görüşdə iştirak etmək istəyən gənclər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər:


Müəllif: Teleqraf.com