7 Yanvar 2015 11:55
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Baloğlan Əşrəfov ötən gün qatıldığı verilişdə maraqlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, “Xəzər TV”də yayımlanan “5/5” verilişinin qonağı olan ifaçı keçirdiyi qaraciyər əməliyyatından danışıb. O, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova təşəkkür edib.

“7-8 il əvvəl öncə dünyamı dəyişə bilərdim. Ola bilsin ki, mənim canım, mənim həyatım elə səhnədə tamamlansın. Allah Mübarizin canını sağ eləsin, mənim həyatımı yenidən satın aldı. Mənim vermədiyim pulu o xərclədi”.

Aparıcının “Xəstə olanda evinizdə nə qədər pul var idi” sualına ifaçının oğlanları “30 min”, - deyə cavab veriblər.

Xatırladaq ki, əməkdar artist Baloğlan Əşrəfov 2007-ci ildə qaraciyər serrozu diaqnozu ilə Türkiyədə əməliyyat olunub.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər