16 İyun 2023 19:18
2 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan II Beynəlxalq Bakı Piano Festivalının təntənəli açılış mərasimi olub.

Teleqraf.com xəbər verir ki, festival dünya şöhrətli virtuoz pianoçular Şahin Növrəsli və Elen Mersyenin parlaq konserti ilə açılıb.

Gecənin musiqili proqramı dirijor Valid Ağanın rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən klassik vals ilə başlayıb.

Ruslan Hüseynovun, Elvin Bəşirovun və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Şahin Növrəsli və Elen Mersyenin ifasında amerikalı bəstəkar Corc Qerşvinin əfsanəvi “Rhapsody in Blue” tamaşaçıları heyran edib.

Dirijor Valid Ağa tərəfindən idarə olunur. Virtuoz musiqiçilərin yaratdığı sehrli rapsodiya tamaşaçıları füsunkar harmoniya ab-havasına qərq edərək, bu gecəni unudulmaz edib.

Konsertin finalı Azərbaycan cazının əfsanəsi Vaqif Mustafazadənin əsərlərinin ifası olub və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Konsert bütün tamaşaçıların sürəkli alqışları ilə başa çatıb. Tamaşaçılar çoxsaylı gül dəstələri və hərarətli alqışlarla onlara təşəkkürlərini bildirərək uzun müddət sənətçiləri buraxmaq istəməyiblər.

Bakı Beynəlxalq Piano Festivalı təkcə fortepiano və klaviatura virtuozlarının sehrli ifası deyil, bu, ilk növbədə, ən tələbkar musiqisevərləri ruhlandıracaq və ovsunlayacaq, canlı emosiyalar bəxş edəcək dəbdəbəli ab-havadır.

O, musiqi janrlarının geniş spektrini təqdim edir - rok, klassik, caz, pop, flamenko və hətta tanqo. Festivalın sehri və onun harmonik və unudulmaz improvizasiya ab-havası Bakı Piano Festivalının şüarını əks etdirir - May Piano Inspire You!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər