18 İyun 2023 19:58
2 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmsal rəssam Asya Hacızadə haqqında Misir mətbuatında məqalə dərc olunub.

Teleqraf.com-un məlumatına görə, Asya Hacızadə müasir digital incəsənətin nəhəng dünyasında yaradıcı özünüifadə üçün öz şəxsi yolunu tapıb və onun üçün fırça və kətan rolunda mobil telefon çıxış edir.

Rəssam orijinal, bəzən qeyri-standart kompozisiya həlli ilə fantastik süjetlər yaradaraq öz dərin mənəvi dünyasını mobil telefonun ekranına köçürür, rəsmi öz müsbət enerjisi və düşüncələri ilə doldurur. Onun üçün mobil telefon sərhədsiz yaradıcılıq imkanları üçün universal alətdir. Çünki rəqəmsal incəsənət ənənəvi yaradıcılığın və digital texnologiyaların hüdudsuz texniki imkanlarının simbiozudur. Bir sıra sənətşünasların fikrincə, onun əsərlərinə təkcə virtuoz bədii ifa deyil, həm də dərin fəlsəfi məzmun xasdır.

Asya Hacızadə Azərbaycanda rəqəmsal incəsənətin inkişafına və geniş yayılmasına, həmçinin ölkə hüdudlarından kənarda tanınmasında öz töhfəsini verir. O, azərbaycanlı rəssam kimi öz yaradıcılığını bir sıra virtual incəsənət meydançalarında (in.gallerix.ru, pinterest.com, artchive.ru, gallereo.ru və s.) təqdim edir və onun işləri böyük maraqla qarşılanır. Bu gün məşhur incəsənət klubu “Qalleriks” reytingində 40 000-dən çox qeydiyyatda olan rəssamın arasında 59-cu yeri tutur.

Rəqəmsal incəsənətə maraq onun üçün əsas yaradıcılıq janrına çevrilib. Müasir texnologiyaların və yaradıcı özünüreallaşdırma üçün yeni alətlərin inkişafı ona bir növ təkrarolunmaz rəsmlər yaratmağa imkan verib, bu rəsmlər heç kəsi laqeyd qoymur və uzun müddət onlara baxmaga, rəssamın niyyətini anlamaga, bu və ya digər sujetin nəyi nəzərdə tutdugunu tapmaga məcbur edir. Onun rəsmlərinin adları isə ayrı bir mövzudur, onlar tamaşaçını rəssamın özü tərəfindən müəyyən edilmiş axara kökləyir. Məsələn, “Sonun əvvəli”, “Cəhənnəmə aparan qırmızı xalı”, “Sən olduqca zaman vardır”, “Hər şey müvəqqətidir”, “Qapalı məkanda idilliya”, “Leylanın qara gözləri”, “Quş hüquqları”, “Ulduzlar pilləkan olsaydı”, “Gedim biraz aglayım” və s.

Asya Hacızadənin rəqəmsal əsərlərində əfsanələr və reallıq əlaqəlidir, onun süjetləri şüuraltını illüstrasiya edir, ən məntiqli şəkildə olmasa da, maraqlı və gözlənilməz tərzdə anlaşılmazı nümayiş etdirir. Onlar sadədir və eyni zamanda dərin və səmimidir. Anadangəlmə rəssamlıq duygusu ona harmonik palitranı təlqin edir, bu da onun əsərlərinə yüngüllük hissi və kompozisiya mükəmməlliyi bəxş edir.

Rəssamın rəqəmsal əsərlərini şərti olaraq bir neçə tematikaya bölmək olar: bu rəssamın dünyasına baxışı əks etdirən çiçəklər və peyzajlar, səmalarda mövcud olan müxtəlif quşlar, mələklər, xeyir və şər, insan duyğuları, sonsuzluq və “fantazi” ilə həmsərhəd olan mücərrəd rəsmlər. Asya Hacızadə sadəcə sərbəst yaradıcılıqda pərvazlanır. O, izləyicini həyat və ölüm barədə, sonsuzluq, vaxt və məkan barədə düşünməyə vadar edir. Onun həm yağlı boyalı, həm qrafika, həm rəqəmsal işlərində təbiətə, milli xarakter və mədəniyyət mənbələrinə olan sevgi hopmuşdur, bu əsərlərdə ideal haqqında arzu asanlıqla təxmin edilir. Təkrarlanmayan əsərlər yaratmaga üstünlük verən Asyanın rəsmləri əbədi çiçəkləyən simfoniyadır, burada boyaların zənginliyi təxəyyülü həyəcanlandırır və daim bahar hökm sürür.

Azərbaycanın əməkdar jurnalisti olan Asya Hacızadənın planlarında nail oldugunda dayanmamaq, öz sənətkarlığını inkişaf etdirib təkmilləşdirmək, ölkəmizin rəqəmsal sənət sahəsindəki uğurlarını geniş yaymaq var.

Asya Hacızadənin yaradıcılığı ilə aşağıdakı linklərlə tanış olmaq olar:

https://arthive.com/ru/artists/68318~Asja_Gadzhizade/works

https://in.gallerix.ru/asyahajeffa/expo/asyahajeffa/

https://in.gallerix.ru/asyahajeffa/expo/karandash/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər