8 Yanvar 2015 15:25
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ulduz döyüşü" və "Ceyms Bond" filmləri ilə məşhurlaşan aktyor Xan Bonfilz səhnədə məşqlər zamanı dünyasını dəyişib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 42 yaşlı aktyor Londonda "The rag Factory"nin açılışı üçün səhnəyə qoyulacaq Dantenin “Cəhənnəm” əsərinə hazırlaşarkən qəflətən huşunu itirib və yıxılıb.

Teatrın rəhbəri Kris Hislop bildirib ki, Xan təcili yarım maşını ilə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Aktyorun ölüm səbəbi hələ ki, açıqlanmayıb.

Rüstəm


Müəllif: