25 İyul 2023 12:05
1 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sarı gəlinin sorağında" tammetrajlı sənədli filmin çəkilişlərinə başlanılıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) məlumat verilib.

Film “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihə çərçivəsində istehsal olunur.

Layihənin rəhbəri Xalq artisti, AKİ sədri Rasim Balayevdir.

Filmin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Mübariz Nağıyev, operatoru Fahir Səmədoğlu, prodüseri AKİ katibi Əli İsa Cabbarov, xətti prodüseri isə İsmayıl Qasımovdur.

Film ingilis və erməni dillərində də yayımlanacaq.

Qeyd edək ki, ittifaqın bu layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqənin qalibi olub. Layihə çərçivəsində sözügedən mövzuda sayt və infoqrafikaların da (erməni və ingilis dillərində) hazırlanması nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər