10 Yanvar 2015 18:22
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaxşı əsər yazan hər bir yazıçı-dramaturqun əsərini tamaşaya hazırlamaq istərdim. Ad çəkmək istəmirəm. Amma hesab edirəm ki, hər yaxşı əsər teatrda tamaşaya qoyulmağa layiqdir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti, rejissor Mərahim Fərzəlibəyov deyib. Onun sözlərinə görə, hər yazıçı dram əsəri yazmaq qalibiyyətinə malik deyil: “Dram əsəri dialoqun üzərində qurulur. Bunu yazmaq üçün öncə teatrı yaxşı bilmək lazımdır. İlk növbədə dialoqlarda dramaturq bütün həyatı təsvir etmək gücünə malik olmalıdır. O baxımdan dram əsərini yazmaq çətin məsələdir”.

Azərbaycanda müasir dramaturqların olduğunu bildirən rejissorun bir arzusu var: “Çox istərdim ki, tanınmış yazıçılar da müasir mövzuda əsərlər yazsın. Amma bizdə müasir dramaturqlar var. Məsələn, ötən illərdə quruluş verdiyim ”Qürbətdən gələn məktublar" əsərinin müəllifi Həsən Həsənov, Firuz Mustafa, Əli Əmirli, Elçin Hüseynbəyli və başqaları. Bu, əlbəttə, sevindirici haldır, amma mənə elə gəlir ki, yenə də müasir mövzuda əsərlər yazılmalıdır".

Nərmin


Müəllif: