Aktrisa Qal Qadotun “Möcüzə qadın” (Wonder Woman) filminin üçüncü hissəsinin çəkiləcəyi ilə bağlı dedikləri həqiqəti əks etdirmir.
Teleqraf.com “Variety”-nin məsələ ilə bağlı olan mənbələrə istinadən xəbər verir.
Nəşr bildirir ki, “Möcüzə qadın”nın istehsalçı şirkəti olan “DC” studiyası diqqətini “Superman”, “Supergirl” və “Batman”-in davam filmlərinə yönəldib. Studiyanın rəhbərləri Piter Safran və Ceyms Qanın “Möcüzə qadın”ın doğulduğu yer olan Temiskiradada "İtirilmiş cənnət" serialından başqa yeni layihə hazırlamaq planları yoxdur.
Nəşr yazır ki, “Möcüzə qadını 3” filminin çəkiləcəyi ilə bağlı heç kim Qadota vəd verməyib. Üstəlik Qadotun “DC” studiyası ilə işbirliyinin davam etməsi barədə qəti müzakirə aparılmayıb.
Qeyd edək ki, Qadot bu yaxınlarda “ComicBook.com”a müsahibəsində bildirib ki, “Möcüzə qadın”nın üçüncü hissəsinin çəkiləcəyi ilə bağlı məlumatı ona Piter Safran və Ceyms Qan deyib.
"Mən “Möcüzə qadın”dakı Diananı canlandırmağı çox sevirəm. Bu obraz mənim ürəyimə yaxın və qiymətlidir. Ceyms və Piter mənə demişdi ki, biz “Möcüzə qadını 3” filmində birlikdə çalışacağıq”-deyə aktrisa bildirib.