14 Avqust 2023 16:36
3 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış gənc aktrisa, "Ata ocağı" serialının Ofeliyası Mənsurə Əhmədova "Barbi" trendinə qoşuldu.

Teleqraf.com xəbər verir ki, "Barbi" filminə baxan aktrisa sosial şəbəkədə həm ekran əsəri barədə fikirlərini, həm də maraqlı video paylaşıb.

"Mən "Barbi" filminə iki dəfə getdim, hər ikisində də böyük zövq aldım. Bir daha özüm üçün filmin necə gözəl, maraqlı, parlaq, rəngarəng və mənalı olduğunu qeydə aldım. Film alındı. Hər halda mənim üçün bu belədir. Mənası heç də səthi, primitiv deyil. Əksinə. Düşündürən filmlərdəndi.

Baş roldakı aktrisaya gəldikdə, Marqo Robbi bu filmdə o qədər incə, zərif, gözəldir ki, baxdıqca baxmaq istəyirsən. Möhtəşəmdir. Çox sevdiyim Ryan Qoslinq də filmə ayrı cür yaraşıq və maraq qatır. Belə bir rolda onu birinci dəfə görürdüm. Amma Marqonun rola yanaşması daha ciddi oldu. Real idi. Bu rola ondan savayı hansısa bir başqa aktrisanı təsəvvür edə bilmirəm.

Ayrıca filmin saundtrekini də qeyd etmək istəyirəm. Billie Eilişin ifa etdiyi "What was I made for" mahnısı məncə, tam yerinə düşdü, həm musiqisi, həm sözləri, həm ifa mənə çox toxundu. Qısası film əladı, hamıya gec olmamış gedib baxmagı tövsiyə edirəm".

Aktrisa videonu "Kütləvi marazm adlandırdığım bu oyuna mən də, ailəm də qoşulduq və çox əyləndik" şərhi ilə izləyəciləriylə bölüşüb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər